313-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

313-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 107 440 (+720) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 031 ədəd tank, 6 093 (+9) ədəd zirehli döyüş maşını, 2 027 (+6) ədəd artilleriya sistemi, 423 ədəd reaktiv yaylım atəş sistemi, 213 hava hücumundan müdafiə sistemi, 283 ədəd hərbi təyyarə, 269 ədəd helikopter, 4 725 (+5) ədəd avtomobil texnikası, 1 836 (+44) ədəd PUA, 723 qanadlı raket, 16 gəmi/qayıq, 181 xüsusi texnikadan ibarətdir.