Ağstafada qayın yeznəsini bıçaqladı

Ağstafada qayın yeznəsini bıçaqladı

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb.

1987-ci il təvəllüdlü Bədəlov Pərviz Zakir oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstənin yaralarına tikiş qoyulub, onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, Pərviz Bədəlovu qaynı bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.APA