Azərbaycanda ata yeniyetmə oğlunu döyüb xəstəxanalıq etdi

Azərbaycanda ata yeniyetmə oğlunu döyüb xəstəxanalıq etdi

Tovuz rayonunda kişi öz oğluna xəsarət yetirib.

NOCOMMENT.az-ın məlumatına görə, rayonun Cəlilli kənd sakini 1988-cu il təvəllüdlü Şahin Mustafayev ağac parçası ilə oğluna xəsarət yetirib.

Yeniyetmə döyüldüyü və sol dirsək sümüyü sındığı üçün xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır. /oxu.az