Bakı-Qazax magistralının Goranboy rayon ərazisindən keçən hissəsində mikroavtobus aşıb.
NOCOMMENT.az-ın APA-ya istinadən məlumatına görə, hərəkətdə olan “Ford” markalı mikroavtobusun aşması nəticəsində 4 nəfərin öldüyü, 11 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar təcili tibbi yardım maşını ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.












