Baş Prokurorluğun nümayəndə heyəti Türkiyədə

Baş Prokurorluğun nümayəndə heyəti Türkiyədə

Azərbaycan Respublikası Baş Prokurorluğunun 11 nəfərdən ibarət nümayəndə heyəti təcrübə mübadiləsinin aparılması məqsədilə Ankara şəhərində səfərdədir.

NOCOMMENT.az-ın məlumatına görə, səfər Türkiyə və Azərbaycan arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.

Oktyabrın 17-də başlayan səfər 10 gün davam edəcək. Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin Türkiyədə səfərdə olan Baş Prokurorluğun nümayəndə heyətini qəbul edib.