Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində dağlıq və meşəlik ərazidə 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə NOCOMMENT.az FHN-ə istinadən xəbər verir.
Vətəndaşın olduğu dəqiq yer müəyyən olunduqdan sonra, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub. Vətəndaş xilasedicilərin köməkliyi ilə təhlükəsiz əraziyə endirilib.












