Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus infeksiyasına yoluxanların durmadan artır.
Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxma halları artır.
NOCOMMENT.az xəbər verir ki, daha 8 yeni yoluxma faktı qeydə alınıb. Yeni yoluxanların hamısı Xankəndi şəhərinin sakinidir.
Bununla da, işğal altındakı ərazilərimizdə COVID-19-a yoluxanların sayı 54-ə çatıb. Bildirilib ki, virusa yoluxanlardan 26 nəfər sağalıb.
Hazırda 100 nəfər karantindədir, xəstəlikdən ölüm faktı isə qeydə alınmayıb.
APA












