Doğum evində yeni doğulmuş körpə öldü

Doğum evində yeni doğulmuş körpə öldü

Bərdədə Doğum evində körpə ölümü baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Xəbərə görə, avqustun 13-də, Tərtər rayon sakini, 1995-ci il təvəllüdlü Fəridə Şahbazovanın yeni doğulmuş uşağı Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evində ölüb.

Qeyd olunub ki, faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.