Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı məlumat verib.
Düşmənin atdığı top mərmilərindən bir neçəsi rayonun mərkəzi küçəsinə və Tərtər Rayon Prokurorluğunun qarşısına düşüb. Nəticədə Tərtər sakini, 1982-ci il təvəllüdlü Elçin Məmmədov və Sumqayıt şəhər sakini Ozal Həsənov yaralanıb.
Hazırda döyüşlər davam edir.












