Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri İkinci Qarabağ savaşı zamanı rüşvət almaqda ittiham olunurlar.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, ötən ilin sentyabrından 2021-ci ilin yanvarınadək olan müddətdə Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin nümayəndəsi Q.D. vətəndaşlardan ümumilikdə 8 milyon dram (16 min dollardan çox) rüşvət alıb. Bunun müqabilində məmur ehtiyatda olan hərbi qulluqçuları səfərbərlikdən, çağırışçıları hərbi xidmətdən yayındırıb, həmçinin çağırışçını xidmət üçün “uyğun” hərbi hissəyə təyin edib.
İstintaq zamanı o da məlum olub ki, Müdafiə Nazirliyinin polkovniki oktyabr-noyabr aylarında xidməti vəzifələrini yerinə yetirmək üçün Sünik şəhərində olarkən, “Qazprom Ermənistan” tərəfindən müharibə vaxtı Müdafiə Nazirliyinin ehtiyacları üçün verilmiş UAZ markalı avtomobili mənimsəyib.
Cinayət işi çərçivəsində 22 nəfər istintaqa cəlb edilib.












