Bir qrup erməni bu gün 13:00-da Xankəndidə sülhməramlıların iqamətgah binası önünə toplaşacaq və qumbara atan terrorçuya dəstək çağırışı edəcəklər.
NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
Bəzi erməni teleqram kanalları insanlarda “döyüş əhval-ruhiyəsi” yarandığını, yeni insidentlər yaşana biləcəyini istisna etmirlər.
Sosial şəbəkələrin erməni seqmentinin üzvləri terrorçu Norayr Mirzoyanın sərbəst buraxılmasını istəyirlər.












