Meksika futbol camiəsi gənc və istedadlı idmançının qəfil ölüm xəbəri ilə sarsılıb. Ölkə futbolunun gələcək ulduzlarından biri hesab edilən 19 yaşlı qapıçı İsabel Akosta Ernandes müəmmalı şəraitdə dünyasını dəyişib.
NOCOMMENT.az xarici idman mətbuatına istinadən xəbər verir ki, gənc qapıçının cansız bədəni yaşadıqları evdə yaxınları tərəfindən tapılıb. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb ekspertləri cəlb olunub.

Meksika Futbol Federasiyası və gənc qapıçının çıxış etdiyi klub hadisə ilə bağlı dərin kədər ifadə edən rəsmi başsağlığı bəyanatı yayıb. Yerli polisin verdiyi ilkin məlumata görə, Ernandesin bədənində hər hansı zorakılıq izi aşkarlanmayıb, lakin ölümün dəqiq və rəsmi səbəbini müəyyənləşdirmək üçün genişmiqyaslı tibbi ekspertiza və istintaq araşdırmalarına başlanılıb.
Sara,
NOCOMMENT.az












