Ermənistan bugünkü itkilərinin sayını açıqladı

Ermənistan bugünkü itkilərinin sayını açıqladı

Ermənistan Müdafiə Nazirliyi bu gün cəbhədə verdiyi itkilərin bir hissəsinin adını açıqlayıb.

NOCOMMENT erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan MN-in bugünkü siyahısında daha 35 əsgərin adı əks olunub.

Bununla da Ermənistanın 27 sentyabrdan bəri verdiyi itkilərdən 1009-nu etiraf edib.

Qeyd edək ki, Ermənistan ordusunun real itkisi 10 mindən çoxdur.