Ermənistan parlamenti spikerinin kreslosunda siqaret çəkən şəxsin meyiti tapıldı

Ermənistan parlamenti spikerinin kreslosunda siqaret çəkən şəxsin meyiti tapıldı

Ermənistan parlamentinin binasına daxil olaraq spikerin iclas zalındakı kreslosunda əyləşib siqaret çəkən Qarnik Petrosyanın cəsədi tapılıb.

NOCOMMENT.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisi məlumat yayıb.

Polis Q.Petrosyanın ötən gün saat 22:25-də paytaxt Yerevandakı körpülərdən birindən özünü ataraq intihar etdiyini iddia edir.

Onun həqiqətən də intihar etməsinə dair məlumatın müstəqil mənbələr tərəfindən təsdiqlənməməsi erməni cəmiyyətində suallar doğurub. Q.Petrosyan baş nazir Nikol Paşinyan əleyhinə təşkil olunan aksiyaların ən aktiv iştirakçılarında biri olub. Onun parlament sədrinin kreslosunda oturub siqaret çəkdiyi zaman çəkilən fotosu sosial şəbəkələrdə geniş yayılıb.