Ermənistan parlamentinin deputatları koronavirusa yoluxublar

Ermənistan parlamentinin deputatları koronavirusa yoluxublar

Ermənistan parlamentinin iki deputatı yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

NOCOMMENT-in erməni mətbuatınaistinadən verdiyi xəbərə görə, bu barədə deputatlar özləri Feysbuk profillərində məlumat veriblər.

Hər iki deputat “Mənim addımım” blokunu təmsil edir. Kristine Poqosyan və Viktor Yengibaryan koronavirusa hansı şəraitdə yoluxduqlarını bilməyiblər. Hazırda hər iki deputat təcrid olunub.

Xatırladaq ki, dünən Ermənistan parlamenti sədrinin müavini Vaqe Enfiacyanın da infeksiyaya yoluxduğu məlum olmuşdu.