Ermənistan Qazaxıstana 70 əsgər göndərib

Ermənistan Qazaxıstana 70 əsgər göndərib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin tərkibində Qazaxıstana 70-ə yaxın əsgər göndərib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə KTMT katibliyi məlumat yayıb.

Söhbət Qazaxıstanda kütləvi etirazlar fonunda kontingentin tərkibində strateji obyektlərin mühafizəsini təmin edəcək 70-ə yaxın hərbçidən gedir.

Eyni zamanda, Belarusdan hərbi qüvvənin gedəcəyi də təsdiqlənib.