Ermənistan Xarici İşlər nazirinin müavini Qriqor Ovannisyan vəzifəsindən azad edilib.
NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, məlumatı Ermənistan hökuməti yayıb. Bildirilib ki, aprelin 20-də Ermənistanın Baş Naziri Nikol Paşinyan Qriqor Ovannisyanın vəzifədən azad edilməsinə dair sərəncam imzalayıb.
Qeyd edək ki, Q.Ovannisyan 2018-ci il dekabrın 28-də bu vəzifəyə təyin edilib. Bundan əvvəl o, 2013-2016-cı illərdə Ermənistanın ABŞ-da səfiri işləyib, sonrakı 2 ili isə Yerevanın Meksikadakı diplomatik missiyasına başçılıq edib.












