Ermənistanın paytaxtı İrəvanda hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Qurgen Arsenyanın oğlu saxlanılıb.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 27 yaşlı gənc Maştots və Byuzand küçələrinin kəsişməsindən polisə aparılıb.
Eyni zamanda, kriminal xəbərlər saytı yazır ki, saxlanılan şəxs Ermənistan Milli Assambleyasının “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatı Qurgen Arsenyanın oğludur.
Nəşrin məlumatına görə, kiçik Qurgen Arsenyanda 2 balta və 16,5 sm uzunluğu olan bıçaq aşkarlandığı üçün polisə aparılıb.












