Ermənistanın cənub-şərqində yerləşən hərbi hissələrdən birində üç hərbi qulluqçunun meyiti aşkarlanıb.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, avqustun 19-da gecə saat 02:15-də hərbi hissənin ərazisində 2002-ci il təvəllüdlü – Murad Muradyan, Levon Arutyunyan və Qor Sarkisyanın cəsədləri aşkarlanıb. Hadisənin səbəbləri araşdırılır.












