Ermənistanda hərbi hissənin torpaq sahələri qanunsuz satılıb

Ermənistanda hərbi hissənin torpaq sahələri qanunsuz satılıb

Ermənistanın Kadastr Komitəsinin əməkdaşı hərbi hissəyə məxsus iki torpaq sahəsinin qanunsuz satışını qeydə alıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Kadastr Komitəsinin Vedidəki ərazi şöbəsinin müdiri (2005-2010-cu illərdə) idarənin digər əməkdaşları ilə əlbir olaraq xidməti vəzifəsindən istifadə edib.

O cümlədən, əvvəllər “Yerasx 2” hərbi hissəsinə məxsus olan 0,9 hektar “xüsusi təyinatlı” əraziyə və orada yerləşən obyektlərə heç bir hüququ olmadan, alıcının adına rəsmiləşdirilərək mülkiyyət hüququ verib və sonra 2,5 milyon drama satıb.

Daha sonra o, “Yerasx 1” hərbi hissəsinin 1,2 hektarlıq ərazisini də alıcıya rəsmiləşdirərək 4 milyon drama satıb.

Dekabrın 28-də prokuror keçmiş məmura qarşı cinayət təqibinə başlayıb. İşin materialları ittiham elan edilməsi üçün istintaqa göndərilib.