Ermənistanda itmiş əsgər tapıldı

Ermənistanda itmiş əsgər tapıldı

Sərhəd döyüşləri ilə əlaqədar sentyabrın 14-dən itkin düşən əsgər Samvel Antanyan sentyabrın 27-də tapılıb. Hərbçinin sağlamlıq vəziyyəti qənaətbəxşdir.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyan yayıb. Əsgərin harada və necə tapıldığı barədə əlavə məlumat verilməyib.

Xatırladaq ki, sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin sərhəddəki genişmiqyaslı hücumu nəticəsində Azsərbaycanın 80 hərbçisi şəhid olub, 280 nəfər yaralanıb.

Düşmənə layiqli cavab verilib və nəticədə Ermənistan tərəfdən 207 hərbçi ölüb və itkin düşüb, 293 nəfər yaralanıb, 20 nəfər əsir götürülüb.