Ermənistanda koronavirusa yoluxanların sayı min beş yüzü ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı min beş yüzü ötdü

Ermənistanda daha 50 nəfərdə koronavirus aşkarlanıb.

NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 523-ə çatıb. 24 nəfər ölüb. Bildirilib ki, indiyədək 659 nəfər virusdan sağalıb.