Ermənistanda koronavirusa yoluxanların sayı üç minə yaxınlaşır

Ermənistanda koronavirusa yoluxanların sayı üç minə yaxınlaşır

Ermənistanda daha 163 nəfərdə koronavirus aşkarlanıb.

NOCOMMENT.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 782-yə yüksəlib. Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 40 nəfər ölüb. Bundan başqa, indiyədək 1 135 nəfər koronavirusdan sağalıb.