Ermənistanda koronavirusa yoluxanların sayı 1 201-ə çatıb.
NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliyə Nəzarət və Profilaktikası Mərkəzi yayıb.
Son sutkada ölkədə virusa 42 yoluxma halı qeydə alınıb. Ötən sutkada koronavirusdan daha 1 nəfər ölüb. Beləliklə, pandemiya qurbanlarının sayı 19-a yüksəlib. 402 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.












