Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

Ermənistanda daha 112 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər virusdan ölüb.

NOCOMMENT.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 619-yə yüksəlib. Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 40 nəfər ölüb. Bundan başqa, indiyədək 1 111 nəfər koronavirusdan sağalıb.