Ermənistanda daha 102 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər ölüb.
NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Ölən 2 nəfər 78 və 66 yaşlı kişilərdir. Onların xroniki xəstəliyi olub. Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 884-ə yüksəlib.
Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 42-yə çatıb. Bundan başqa, indiyədək 1 185 nəfər koronavirusdan sağalıb.












