2020-ci ildə vergi daxilolmaları 5,4% azalıb, büdcə xərcləri 16,3% artıb.
NOCOMMENT xəbər verir ki, bunu Ermənistan Mərkəzi Bankının rəhbəri Martın Qalstyan deyib.
O, həmçinin ölkənin dövlət borcunun ÜDM-yə nisbətinin 13,5% artaraq, 63,5%-ə çatdığını da bildirib.
Qalstyan bununla borcun ÜDM-yə nisbəti ilə bağlı müəyyənləşdirilən fiskal qaydalardakı 60%-lik həddin aşıldığını söyləyib.











