Gəncənin abadlığı üçün ayrılmış pullar “Azərsu”da necə peyda oldu? – “Etibar”lı nağdlaşma sxemi

Gəncənin abadlığı üçün ayrılmış pullar “Azərsu”da necə peyda oldu? – “Etibar”lı nağdlaşma sxemi

Gəncə şəhərində infrastruktur layihələrinin həyata keçirilməsi üçün ayrılmış 20 milyon manat Gəncə RİH-lə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun ortaqlığı ilə mənimsənilib və bu ağlagəlməz sxem üzrə baş tutub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “sfera.az”a məlumat verilib.
Həmin 20 milyon manat ayrılmazdan öncə beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə Gəncədə bir sıra quruculuq-abadlıq işləri həyata keçirilib. Sonradan ayrılmış 20 milyon manatı “silmək” üçün isə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov şeytanın belə ağlına gəlməyəcək bir plan qurur və bu planı reallaşdırır. Belə ki, görülmüş iş kimi məhz beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə həyata keçirilmiş layihələri göstərməklə həmin 20 milyon manatı “silib”. Başqa sözlə, tamamilə başqa maliyyə mənbəyi hesabına görülmüş işləri guya ayrılmış 20 milyon manata görülməsini rəsmiləşdirib.  
20 milyon manatın “yuyulması” isə 3 şirkət vasitəsilə həyata keçirilir. Pul əvvəlcə həmin şirkətlərin hesabına yönəldilir, daha sonra isə nağdlaşdırılaraq lazımi ünvanlara çatdırılır.