Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimovla Ermənistanın müdafiə naziri Vaqaraşak Arutyunyan arasında telefon danışığı olub.
NOCOMMENT.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə tərəflər Ermənistanın Geqarkunik və Sünik vilayətlərindəki vəziyyəti müzakirə ediblər.
Danışıq zamanı Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti barədə də fikir mübadiləsinin aparıldığı qeyd olunub.











