Göbələkdən ölən uşaqlarla bağlı araşdırma başlandı

Göbələkdən ölən uşaqlarla bağlı araşdırma başlandı

Qax rayonunda iki uşağın zəhərlənərək vəfat etməsi faktı ilə bağlı araşdırma başlanıb.

Bu barədə NOCOMMENT.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, rayonun Tasmalı kənd sakinləri – 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər.

12 yaşlı Murad Qasımlı və 9 yaşlı İbrahimxəlil Qasımzadə vəfat edib.