Gürcüstan Ermənistana gedən magistral yolları yenidən bağlayıb və cənub qonşusu ilə avtomobil yolları əlaqəsini tamam kəsib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, buna səbəb hər iki ölkə ərazisində yağan güclü qar və yolların buz bağlamasıdır. Yolların nə zaman açılacağı isə bəlli deyil.
Ermənistan Fövqəladə Hallar Nazirliyi isə şimal istiqamətindəki yolları təmizləmək üçün texnika çatışmazlığını bildirib.












