Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 77 nəfərə çatıb.
NOCOMMENT.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Tbilisi İnfeksion xəstəliklər xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, ölkə üzrə karantində 4055, stasionar müalicədə isə 252 nəfər var, virusa yoluxmuş şəxslərdən 10-u artıq sağalıb.
Xatırladaq ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.












