Gürcüstanda koronavirusa yoluxma sayı yüzə yaxınlaşır

Gürcüstanda koronavirusa yoluxma sayı yüzə yaxınlaşır

Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 81-ə çatıb.

NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Məlumata görə, karantində 4 427, stasionar nəzarətdə isə 257 nəfər saxlanılır.

Qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların 13-ü sağalıb. Hazırda aktiv virus xəstələrinin sayı 68 nəfər təşkil edir.