İranın Fars əyalətinin Şiraz şəhərindəki Şahçıraq türbəsinə silahlı basqınla əlaqədar əyalətdə üçgünlük matəm elan edilib.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Fars əyalətinin valisi İsmayıl Məhbipur açıqlama verib.
“Şahçıraq türbəsində baş verən terror aktı və bu hücumda həyatını itirən vətəndaşlarımız üçün Fars əyalətində üçgünlük matəm elan edilib”, – deyə vali bildirib.
Gecə saatlarında üç silahlının Şahçıraq türbəsinə hücumunda 20 nəfər həyatını itirib, 40 nəfər yaralanıb. İŞİD hücumun məsuliyyətini öz üzərinə götürdüyünü açıqlayıb.












