İrandakı etirazlarda həyatını itirənlər

İrandakı etirazlarda həyatını itirənlər

İranda 100 etirazçını ölüm cəzası gözləyir.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Norveçdə yerləşən İran İnsan Haqları (IHRNGO) qeyri-hökumət təşkilatı bildirib.

Belə ki, təşkilat sentyabrdan başlayan etirazlarda 476 nəfərin öldüyünü açıqlayıb.

Həyatını itirənlərdən 64-nün uşaq, 34-nün qadın olduğu vurğulanıb.

“Bundan başqa, ən azı 100 etirazçı edam, ölüm və həbs təhlükəsi ilə üzləşib”, – deyə IHRNGO qeyd edib.