İranın Şiraz şəhərindəki Şahçıraq ziyarətgahında baş verən terror aktının video görüntüləri yayılıb.
NOCOMMENT fars mətbuatına istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, bu hücumu törədən şəxs çərşənbə günü axşam saat 5:45-də Şahçıraq ziyarətgahına daxil olub və daha sonra orada olan xidmətçilərə və zəvvarlara atəş açıb.
Xatırladaq ki, İrandakı hücuma görə İŞİD məsuliyyəti üzərinə götürüb. Hadisənin baş verdiyi vilayətdə üçgünlük matəm elan edilib.
Qeyd edək ki, ən son məlumatlara görə, hadisə zamanı 15 nəfər ölüb, 40 nəfər yaralanıb.
Yayılan görüntüləri təqdim edirik:












