İrandan Gorus-Qafan yolunun bağlanmasına REAKSİYA

İrandan Gorus-Qafan yolunun bağlanmasına REAKSİYA

İranın Ermənistandakı səfirliyi Gorus-Qafan yolunun bağlanmasına reaksiya verib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, səfirlik yolun tezliklə açılacağına ümidini ifadə edib.

“Ümid edirik ki, Zəngəzurun sərhəd ərazilərində, xüsusilə Gorus-Qafan yolunda yaranmış mübahisə həllini tapar. Biz əvvəlki kimi ümid edirik ki, Azərbaycanla Ermənistan delimitasiya prosesini kommunikasiyalatın kəsilməyəcəyi şəkildə sülh atmosferində həyata keçirəcək”, – deyə səfirlik açıqlamada bildirib.

Qeyd edək ki, artıq bir neçə gündür Zəngəzurdan keçən Gorus-Qafan yolu Azərbaycan hərbçiləri tərəfindən bağlanıb.