“İlin sonuna qədər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ifadəsi razılaşmanın nəticəsi deyil, hər iki tərəfin bununla bağlı istəklərini ifadə edən son tarixdir”.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Mən də istəyirəm ki, tezliklə sülh müqaviləsi imzalayaq. Sülh müqaviləsi mümkün qədər tez bağlanmalıdır”, – deyə spiker bildirib.












