Marneulidə koronavirusa yeni yoluxma halları təsdiqlənib

Marneulidə koronavirusa yeni yoluxma halları təsdiqlənib

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda koronavirusa 2 yeni yoluxma halı qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, COVID-19-a yoluxanlar Kirəç-Muğanlı kəndinin sakinləridir.

Hazırda həmin şəxslərin təmasda olduğu insanlar müəyyən edilir.

Qeyd edək ki, bu vaxta qədər rayonda koronavirusa 43 yoluxma halı olub.
Report