Masallıda əri qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallıda əri qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb.

NOCOMMENT.az-ın məlumatına görə, rayonun Xıl kənd sakini – 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı – 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bədəninin müxtəlif yerlərindən 20-yə yaxın kəsilmiş-deşilmiş yaralar alan E.Ağayeva əməliyyata alınıb, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.”Qafqazinfo”