Oğuzda maşın ağaca çırpıldı: Sürücü öldü – FOTO

Oğuzda maşın ağaca çırpıldı: Sürücü öldü – FOTO

Oğuzda ağır yol qəzası baş verib.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Oğuz-Xaçmaz avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan VAZ-2199 markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

Qəza zamanı sürücü hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin isə ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.