Qarabağda erməni hərbçilərin boşaltdığı kəndi rus sülhməramlıları TUTDULAR

Qarabağda erməni hərbçilərin boşaltdığı kəndi rus sülhməramlıları TUTDULAR

Qarabağdakı erməni separatçılarına məxsus hərbçilərin bir neçə gün əvvəl Şuşa rayonunun Sarıbaba (ermənilər Yextsaoq deyirlər) kəndini tərk etdiyi haqda məlumat vermişdik.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, dünəndən erməni hərbçilərin yerini rusiyalı sülhməramlılar tutublar.

Bu barədə Qarabağdakı separatçılar məlumat veriblər. Bildirilib ki, rusiyalı sülhməramlıların gəlişi ilə Sarıbabada yaşayan erməni sakinlərin təhlükəsizliyi üst səviyyədə təmin olunub.

Erməni separatçılarının verdiyi digər məlumata görə, hazırda Şuşa rayonunun dörd kəndi ermənilərin nəzarətindədir. Bunların Böyük Qaladərəsi (ermənilər Mets Şen deyirlər), Kiçik Qaladərəsi (Xin Şen), Sarıbaba (Yextsaoq) və Turşsu (Lisaqor) olduğu bildirilir.