Qonşu ölkədə “AstraZeneca” vaksini vurulan tibb bacısının halı pisləşib

Qonşu ölkədə “AstraZeneca” vaksini vurulan tibb bacısının halı pisləşib

Gürcüstanın Axalsıx şəhərində yaşı 30-dan az olan tibb bacısı yeni növ koronavirus (COVID-19) əleyhinə “AstraZeneca” vaksini vurulduqdan sonra halı pisləşərək xəstəxanaya yerləşdirilib.

NOCOMMENT.az Gürcüstanın İctimai telekanalına istinadən xəbər verir ki, hazırda xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Faktla əlaqədar Gürcüstanın səhiyyə naziri araşdırmalara başlayıb.

Qeyd edək ki, Gürcüstanda vaksinasiyaya martın 15-də başlanılıb. Bu mərhələdə yalnız səhiyyə işçilərinin vaksinasiyası aparılır.
APA