Ruslar gəlsin və kəndin yuxarı hissəsində yerləşsinlər – Erməni kənd sədri

Ruslar gəlsin və kəndin yuxarı hissəsində yerləşsinlər – Erməni kənd sədri

“Rusiyalı sərhədçilər hələ gəlməyiblər, ancaq gəlib kəndin yuxarı hissəsində yerləşməlidirlər”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Ermənistanın Qeqarkunik bölgəsinin Kut (Zərkənd – red.) kəndinin rəhbəri Sima Çitçyan bildirib.

“15 gün əvvəl gəldilər, ərazini araşdırdılar, amma hələ də kəndə çatmayıblar, görməmişik. Bəlkə də Rusiya sərhədçisi gəlsə, azərbaycanlılar ərazimizdən bir kilometr uzaqlaşdırılsa belə, onlar bizim xeyrimizə duracaqlar, bizim üçün yaxşı olacaq”, – deyə Çitçyan qeyd edib.

Xatırladaq ki, Ermənistan mətbuatında rus sərhədçilərinin Qeğarkunik sərhədində növbətçi olacağı barədə məlumatlar yayılıb və Qeğarkunikə gedən yolda rus sərhədçilərinin əks olunduğu bir foto paylaşılıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bugünkü açıqlamasında Ermənistan-Azərbaycan sərhədində rusiyalı hərbçilərin yerləşdirilməsinin gündəmdə olmadığını açıqlayıb.

Qazet.az