Saakaşvili tərəfdarları Tiflisdə canlı zəncir yaratdı

Saakaşvili tərəfdarları Tiflisdə canlı zəncir yaratdı

Gürcüstanın paytaxtı Tiflisdə müxalifət tərəfdarları “Qızılgül inqilabı”nın 18-ci il dönümü münasibətilə canlı zəncir yaradıblar.

NOCOMMENT.az xəbər verir ki, canlı zəncir Azadlıq meydanından Respublika meydanına qədər uzanıb.

İştirakçılar “Mişa!” şüarı səsləndirərək M.Saakaşviliyə bu günə görə təşəkkür ediblər.