Ermənistan parlamentinin sabiq deputatı David Matevosyan Qarabağda gedən döyüşlərdə məhv edilib.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası onun qızı Erminə Matevosyana istinadla məlumat yayıb.
Bildirilir ki, Ermənistanın birinci prezidenti Ter-Petrosyanın tərəfdarı olan Matevosyan Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. 1995-99-cu illərdə deputat olub, 2008-ci ildə isə Ter-Petrosyanın seçki qərargahının rəhbərliyində təmsil olunub. Seçkidən sonra baş verən aksiyalarda həbs edilərək, 3 il cəza alıb. Bir il cəza çəkdikdən sonra amnistiyaya düşüb.
O, Qarabağda müharibə başlayanda könüllü kimi döyüşməyə gəlibmiş.












