Separatçıların müdafiə naziri yaralanıb

Separatçıların müdafiə naziri yaralanıb

Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri Cəlal Arutyunyan yaralanıb.

NOCOMMENT erməni mətbuatına istinadən xəbər verir ki, qondarma ölkənin qondarma başçısı Araik Arutyunyan müdafiə nazirini ordunun komandanı vəzifəsindən azad edib – səbəb isə sonuncunun dünən gecə ağır yaralanması olub.

A.Arutyunyan orduya komandanlığı general-mayor Mikayıl Arzumanyana həvalə edib.

Qeyd edək ki, dünən gecə Cəlal Arutyunyanın cəbhədə ölümü ilə bağlı da məlumatlar yayılmışdı.