Tanınmış cütlük qəzaya düşdü

Tanınmış cütlük qəzaya düşdü

Bir müddətdir sevgili olduqları ortaya çıxan türkiyəli aktrisa Sıla Türkoğlu ilə Doğukan Güngör avtomobil qəzası keçirib.

NOCOMMENT.az bildirir ki, “Kızılcıl şerbeti” adlı serialda iki aşiqi canlandıran Sıla ilə Doğukan Çeşmedən İstanbula qayıdarkən qəzaya düşüb.

Məlumata görə sükan arxasında əyləşən Doğukan idarəetməni itirib və nəticədə qəza baş verib. Hazırda hər ikisinin vəziyyətinin yaxşı olduğu, yaralanmadıqları açıqlanıb.