Türk Hava Yolları İstanbul-Bakı-İstanbul reyslərini bərpa edir

Türk Hava Yolları İstanbul-Bakı-İstanbul reyslərini bərpa edir

Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” şirkəti (THY) İstanbul-Bakı-İstanbul reyslərini bərpa edir.

NOCOMMENT.az bu barədə şirkətə istinadən xəbər verir. Məlumata görə, artıq aviabiletlər satışa çıxarılıb.

“Əgər iyunun 15-də sərhədlər açılsa, THY uçuşları həyata keçirməyə başlayacaq. Sərhədlərin bağlı qalması müddəti uzadılsa, uçuşlar təxirə salınacaq. Amma bilet alanlar heç bir problemlə üzləşməyəcək. Onlar biletlərini geri qaytara və yaxud 2021-ci ilin sonuna qədər istənilən tarixə dəyişdirə biləcəklər”, – deyə THY-dən bildirilib.