Türkiyə polisi Bursa vilayətində İŞİD-ə qarşı əməliyyat keçirib.
NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində Suriya, İraq və Azərbaycan əsilli 16 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Şübhəlilərin şəxsiyyəti açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.












